Nəşrlər

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qəbələ şəhərində uçuşların təhlükəsizliyinə dair tədbir keçirilib.

 

Seminarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının müxtəlif rayon və şəhərlərinin hava limanları və aerodromlarının rəhbər heyəti və mütəxəssisləri iştirak ediblər.

 

Seminarda çıxış edən məruzəçilər Heydər Əliyevin Azərbaycan mülki aviasiyasının inkişafına verdiyi töhfələrdən danışaraq dahi şəxsiyyətin həyata keçirdiyi hüquq islahatlarının uçuşların təhlükəsizliyinin təmin edilməsinin hüquqi tənzimlənməsinin əsası olduğunu bildiriblər. Həmçinin mülki aviasiyanın bugünkü inkişafının Ulu Öndərin uzaqgörən strategiyasının nəticəsi olduğu iclas iştirakçılarının nəzərinə çatdırılıb. Seminarda “Aviasiya Təhlükəsizliyinə və Uçuşların Təhlükəsizliyinə dair Dövlət Proqramları”nın icrasından irəli gələn məsələlər üzrə müzakirələr aparılıb.