Təhsil
1993–1995: Riqa Aviasiya Universitetində aviasiya mühəndisi ixtisası üzrə ali təhsil almışdır.
1996–1998: Milli Aviasiya Akademiyasında mühəndis-pilot ixtisası üzrə tam ali təhsil almışdır.
2006–2010: Milli Aviasiya Akademiyasında doktorantura təhsili almışdır.
2015: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Aviasiya sahəsi üzrə 30-dan çox elmi məqalənin, elmi-metodiki və tədris vəsaitlərinin müəllifidir.
Karyera
2000–2018: “Azəraeronaviqasiya” müəssisəsində texnik-sinoptik, mühəndis, mühəndis-meteoroloq və Aviasiya Meteoroloji Mərkəzinin rəis müavini vəzifələrində çalışmışdır.
2017–2018: Avropa Mülki Aviasiya Konfransında (ECAC) ətraf mühitin mühafizəsi üzrə assistent vəzifəsində çalışmışdır.
2018–2023: Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Aeronaviqasiya Standartlarına və Hava Hərəkətinin İdarə Edilməsinə Nəzarət (ANS) idarəsində mühəndis-inspektor və Aerodrom İstismarçılarına Nəzarət (AGA) idarəsində rəis müavini vəzifələrində çalışmışdır.
2023–2025: Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.
2025: Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmri ilə “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Xarici dillər
İngilis və rus dilləri.
Şəxsi həyatı
Ailəlidir, iki övladı var.
Təltiflər
“Mülki Aviasiyanın 75 illiyi” yubiley medalı.
Dövlət Mülki Aviasiya Administrasiyasının “Şərəf nişanı”.
2021: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 iyun 2021-ci il tarixli sərəncamı ilə “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdir.