2024-cü il 11 iyul tarixində İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycan və Pakistan arasında imzalanmış sənədlərin, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin mübadilə mərasimi keçirilmişdir.
Bu sazişin imzalanması hər iki tərəfin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm uçuşlar həyata keçirmək imkanı verəcək və Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişafına yardım göstərəcəkdir.
Beləliklə, Azərbaycan Respublikasının digər ölkələrlə imzaladığı hava əlaqəsi haqqında sazişlərin sayı 45-ə çatmışdır.