Nəşrlər

Xəbərlər

Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü ilə bağlı təbrik!

Azərbaycan Respublikasının

Mülki Aviasiya subyektlərinə

 

 

 

Hörmətli həmkarlar,

 

Sizi “2 İyun –Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” münasibətilə ürəkdən təbrik edirik.

Artıq iki ildir ki, peşə bayramımızı “COVID-19” pandemiyası şəraitində beynəlxalq hava nəqliyyatı əlaqələrinin, hava limanlarının və aviadaşıyıcıların normal fəaliyyətinin pozulduğu bir vaxtda qeyd edirik. Buna baxmayaraq, aviatorlarımız, həmişə olduğu kimi, əzmlə çalışır, qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.

2020-ci ildə xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək, “Vətən müharibəsi”ndə qalib gəlmiş, işğal olunmuş torpaqlarımızı azad etmişdir.

Hazırda azad olunmuş torpaqlarımızda yeni Beynəlxalq Hava Limanlarının inşasına başlanmışdır. Bu da, öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin ümumi nəqliyyat sistemində Mülki Aviasiya sahəsinə göstərdiyi böyük diqqətin təzahürüdür.

Bu əlamətdar peşə bayramı günündə hamınıza möhkəm cansağlığı, əmin-amanlıq, Mülki Aviasiyamızın tərəqqisi yolunda, uçuşların təhlükəsizliyinin təmin edilməsində nailiyyətlər arzulayırıq.

 

 

Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi