Nəşrlər

Xəbərlər

Mülki aviasiya işçilərinə “Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təqdim edilmişdir

Dövlət Mülki Aviasiya Agentliyi

“2 İyun –Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” münasibətilə Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müvafiq əmrinə əsasən, Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan bir qrup şəxs “Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

İyunun 7-də Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarına “Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalını təqdim etmiş, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulamışdır.

Təltif edilən əməkdaşlar, öz növbəsində, onların əməyinin yüksək qiymətləndirildiyinə görə rəhbərliyə təşəkkür etdilər, mülki aviasiyanın inkişafı üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirdilər.