2025-ci ilin oktyabr ayında JAA TO təlim təşkilatının (JAA TO) nümayəndələrinin Bakı şəhərinə səfəri baş tutmuşdur. Səfər zamanı 14 oktyabr tarixində JAA TO nümayəndələri “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində Pilotların Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
15 oktyabr tarixində JAA TO nümayəndələri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyində (DMAA) görüş keçirmişlər. Görüş zamanı aviasiya mütəxəssislərinin hazırlanması sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Nəticə olaraq, DMAA və JAA TO arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.