Nəşrlər

Xəbərlər

Gürcüstan Aviasiya Universiteti ilə əməkdaşliq İmkanlari müzakirə olunub

Cari ilin 30 yanvar tarixində Dövlət Mülki Aviasiya Agentliyində (DMAA) Gürcüstan Aviasiya Universitetinin (GAU) nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetin rektorunun birinci müavini Davit Tepnadze və uçuş təlimləri üzrə prorektor Giorgi İnasaridze ilə görüşdə GAU-nun tədris proqramlarının mülki aviasiya tələblərinə uyğunluğu, eləcə də DMAA-da tanınması imkanları müzakirə olunub.

Tərəflər texniki əməkdaşlığın gücləndirilməsi, həmçinin GAU-nun təlim standartlarının auditi məqsədilə DMAA müfəttişlərinin universitetin infrastruktur və tədris obyektlərinə səfərinin təşkili imkanlarını nəzərdən keçiriblər.