Nəşrlər

Xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi “Yaşat” Fonduna pul vəsaitləri köçürmüşdür

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi Vətən müharibəsində şəhid olmuş əskər və zabitlərin ailələrinə, həmçinin döyüşlərdə yaralananlara maddi yardım təşəbbüsünə qoşulmuşdur.

Bu məqsədlə kollektivin ümumi iclasında növbəti dəfə təklif irəli sürülərək, təqdim edilmiş pul mükafatının bir hissəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş əskər və zabitlərin ailələrinin, həmçinin döyüşlərdə yaralananların maddi təminatına dəstək üzrə “Yaşat” Fonduna köçürülməsi barədə qərar qəbul edilmişdir.