Nəşrlər

Xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə barədə qərar vermişdir

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi müzəffər Azərbaycan ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsinə yardım ənənəsini davam etdirir.

Bu məqsədlə “7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günü” münasibətilə təqdim edilmiş pul mükafatı hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna növbəti məbləğin köçürülməsi barədə qərar qəbul edilmişdir.