Nəşrlər

Xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.