Nəşrlər

Xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi işçilərinin ixtisaslarının

2019-cu il ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları və iqtisadi yönümlü idarəetmə institutları tərəfindən təşkil edilmiş seminarlarda və ixtisasartırma kurslarında 23 sertifikat, “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əməkdaşları isə 39 sertifikat əldə ediblər.

Əməkdaşların ixtisaslarının artırılması uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi, sertifikatlaşdırma, aeronaviqasiya, beynəlxalq aviasiya hüququ, təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması və maliyyə sahələrində keçirilib.