Nəşrlər

Xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi işçi seminarda iştirak etdi

2026-cı ilin 7-10 sentyabr tarixlərində Dövlət Mülki Aviasiya Agentliyinin Hava gəmilərinin uçuşa yararlılığına nəzarət (AIR) departamentinin müdiri Namiq Nəsirov, Keyfiyyətə nəzarət sektorunun müdiri Səfa Məmmədov və həmin sektorun mütəxəssisi Fidan Sultanova İspaniyanın Madrid şəhərində Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ilə əməkdaşlıq çərçivəsində keçirilmiş “Mülki Aviasiya Qurumunun daxili auditi və əsas səbəblərin təhlili” (“Workshop on Root Cause Analysis in the Internal Audit Context of the Civil Aviation Authority”) adlı işçi seminarda iştirak etmişdir.

Tədbir çərçivəsində qurumda daxili audit zamanı aşkar edilmiş uyğunsuzluqların əsas səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə effektiv yanaşmalar nəzərdən keçirilmişdir. İşçi seminarda əldə edilmiş bilik və təcrübə Agentliyin daxili audit və keyfiyyətə nəzarət fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.