2025-ci il 25 sentyabr tarixində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 42-ci sessiyasının keçirildiyi Monreal şəhərində Azərbaycan Respublikasının və Oman Sultanlığının mülki aviasiya orqanları arasında Protokol imzalanmışdır. Sözügedən imzalanma cari ilin 8-9 sentyabr tarixlərində Bakı şəhərində iki ölkənin aviasiya orqanları arasında keçirilmiş danışıqların davamı olmuşdur. Həmin danışıqlar zamanı “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında hava nəqliyyatı haqqında” Saziş layihəsinin ilkin variantı razılaşdırılmışdır.
Protokolun imzalanması ilə ölkələrimiz arasında müntəzəm reyslərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmış və bununla turist axınının həcminin artırılması üçün zəmin yaradılmışdır.