Nəşrlər

Xəbərlər

Azərbaycan "ICAO"nun mülki aviasiya hüquqşünaslarının forumunda təmsil olunub

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) Hüquq departamentinin müdiri Ramalə Əbilova və həmin departamentin Müqavilələrlə iş sektorunun müdiri Nigar Məmmədova Xəlilli mayın 27–29-da Baham adalarının Nassau şəhərində keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Mülki Aviasiya Hüquqşünaslarının 4-cü Forumunda (CALAF/4) iştirak ediblər.

Tədbir hava nəqliyyatının gələcəyini formalaşdıran hüquqi və normativ məsələlərə həsr olunub. Agentliyin nümayəndələri mülki aviasiyada hüquqi məsləhət fəaliyyətinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, səmərəli idarəetmə və beynəlxalq hava hüququ üzrə qlobal harmonizasiyanın təmin edilməsi mövzularında keçirilən müzakirələrdə iştirak edərək Azərbaycanın təcrübəsini digər üzv dövlətlərin nümayəndələri ilə bölüşüblər.

Səfər çərçivəsində həmçinin ICAO-nun Hüquq komitəsinin sədri Alis Serpa Braqa Della Nina ilə bu il keçiriləcək Komitə iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı və əməkdaşlıq perspektivləri müzakirə olunub.