Haqqımızda

Tarixçə

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 512 nömrəli Fərmanına əsasən yaradılmışdır.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində:

  • dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən,

  • uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində tənzimləmə və nəzarəti həyata keçirən,

  • mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidmətlər göstərən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyət istiqamətləri

Agentlik müvafiq sahədə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

  • dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

  • sahənin inkişafını təmin etmək;

  • tənzimləmə və nəzarəti həyata keçirmək;

  • mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının və digər mülki aviasiya obyektlərinin fəaliyyətinə nəzarət etmək;

  • Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarət məqsədilə zəruri tədbirlər görmək;

  • Azərbaycan Respublikasının hava məkanında uçuşların və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək;

  • aviasiya hadisələri və insidentlərinin qarşısını almaq, insanların həyat və sağlamlığına, əmlakına zərər vurulmasının qarşısını almaq və uçuşların təhlükəsizliyini daha səmərəli təşkil etmək;

  • ölkə hüdudlarında uçuşların təhlükəsizliyinə, aviasiya təhlükəsizliyinə, aviasiya texnikasının səmərəli istifadəsinə və istismarına nəzarət etmək;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərmək.