2022-ci ilin 1-8 iyun tarixlərində Azərbaycan Respublikasında keçiriləcək mülki aviasiya uçuşlarına Dövlət nəzarətinin qiymətləndirilməsi üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Universal Audit Proqramı (Universal Safety Oversight Audit Programme (USOAP)) çərçivəsində auditin ilk günü başlanmışdır.
Qörüşün rəsmi hissəsində beynəlxalq həmkarları salamlayan Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov 2018-ci ildə İCAO tərəfindən keçirilmiş auditin nəticələrinə görə Azərbaycanın xüsusi təltif olunduğunu giriş nitqində qeyd etmişdir.
Adıçəkilən audit Proqramının məqsədi Razılığa gələn Dövlətlərdə uçuşların təhlükəsizliyinə nəzarət sisteminin kritik elementlərinin səmərəli tətbiq edilib-edilmədiyini yoxlamaq və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair ICAO-nun Standartlarının və Tövsiyə olunan Təcrübəsinin (SARPs) dövlət tərəfindən tətbiq (implementasiya) statusunu qiymətləndirməklə qlobal uçuşların təhlükəsizliyinin təmin edilməsinə dəstək verməkdir.