Publications

News

7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür

State Civil Aviation Agency

1944-cü ilin 7 dekabrında ABŞ-da Çikaqoda Beynəlxalq Mülki Aviasiya Konfransı çağırılmışdır. Beləliklə beynəlxalq mülki aeronaviqasiya prinsiplərinin işlənib hazırlanmasına həsr olunmuş daimi fəaliyyət göstərən İCAO-nun yaradılması haqqında yeni Konvensiya imzalanmışdır.

1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 7 dekabr tarixini Beynəlxalq Mülki Aviasiya Günü kimi elan etmişdir. 7 dekabr aviasiyanın, xüsusən də beynəlxalq hava səyahətinin dünyanın sosial və iqtisadi inkişafında rolunu vurğulayan tarix kimi əhəmiyyət daşıyır.

Müasir dövrümüzdə qlobal aviasiyanın dayanıqlı inkişafı məqsədləri İCAO-nun üzv dövlətlər qarşısında qoyduğu əsas vəzifələrdəndir. BMT-nin iqtisadi, ictimai, ekoloji sahələri əhatə edən dayanıqlı inkişaf proramlarının 17 məqsədindən 15-i İCAO-nun inkişaf proqramları çərçivəsində nəzərə alınmşdır. Həmin proqramlar, qlobal regional və milli səviyyələrdə həyata keçirilərək əhalinin həyat rifahının artırılmasına xidmət məqsədləri daşıyır.

Azərbaycanda aviasiya ənənələri 20-ci əsrin əvvəllərindən bu günə qədər davam edir. Müstəqillik əldə etdikdən sonra qısa müddətdə 1992-ci ildə Dövlətimiz İCAO Konvensiyasını imzalayaraq Beynəlxalq Aviasiya Konvensiyasına tərəfdaş Dövlətlər sırasına qoşulmuşdur.

Dövlətimizdə mülki aviasiya dayanıqlı infrastrukturunun yaradılması və davamlı inkişafında aviatorlarımızın müstəsna rolu təqdirəlayiqdir.

Mütərəqqi dövlətçilik siyasəti nəticəsində Azərbaycanda ictimai-iqtisadi inkişaf mühiti formalaşmışdır. Belə əlverişli mühitdə nəqliyyat sektorunun davamlı inkişaf prosesi nəticəsində infrastrukturun vacib tərkib hissəsi olan mülki aviasiya sistemi inamlı şəkildə beynəlxalq standartlara uyğunlaşdırılmışdır və uçuşların təhlükəsizliyi sahəsində qabaqcıl təcrübəyə nail olunmuşdur.

Hal-hazırda ölkəmizdən Avropaya, ABŞ-a və dünyanın bir sıra təyinat nöqtələrinə uzaqmaqistrallı avia -sərnişin və yükdaşımaları həyata keçirilir. Milli aviaşirkətlərimiz müasir, komfortlu hava gəmilərindən ibarət aviasiya donanmasına malikdirlər.

Milli Aviasiya Akademiyası aviasiya mütəxəssisləri kadr hazırlığında böyük rola malikdir. Bu tədris ocağının treninq hazırlıq proqramları nüfuzlu Beynəlxalq Aviasiya Təşkilatları o cümlədən İATA tərəfindən tanınmışdır. Akademiyanın uçuş hazırlığı mərkəzində ən müasir hava gəmiləri tipləri Airbus A320/A319, Boeing 757/767,  Embraer E190,  ATR 42/72 simulyatorları fəaliyyət göstərir. Bundan əlavə burada tədris prosesinə və elmi araşdırmalara xidmət göstərən kompüter bazasında ixtisaslaşdırılmış laboratoriya və siniflər istifadə edilir.

Azad olunmuş torpaqlarımızda da iqtisadiyyatın, logistikanın inkişaf etdirilməsi məqsədilə aviasiya infrastrukturunun yaradılmasına Dövlətimiz tərəfindən önəm verilir və burada müasir aviasiya kompleksləri inşa edilir. Bunlara misal olaraq Füzuli, Zəngilan beynəlxalq hava limanlarını misal göstərmək olar. Hal-hazırda Laçında yeni beynəlxalq hava limanının intensiv tikinti işləri davam etdirilir. Ümumilikdə Respublikamızda 7 beynəlxalq və 2 ölkədaxili hava limanları fəaliyyət göstərir.

Son illər ölkəmizin hava məkanı hüdudlarında aeronaviqasiya xidmətləri xeyli dərəcə müasirləşdirilmişdir. Müasir texnoloji yerüstü və global peyk sistemlərinin (GNSS) tətbiqi, aeronaviqasiya hava məkanı strukturunun modernləşdirilməsi, Avrokontrolun vahid hava məkanı infrastrukturuna inteqrasiya prosesi mülki aviasiyamızın inkişafına böyük səmərələr vəd edir.

Genişfunksional faəliyyətlərin qarşılıqlı uzlaşması, tənzimlənməsi, strateji inkişaf siyasətinin həyata keçirilməsi milli aviasiya qanunvericiliyinin prioritet vəzifələrindəndir. Bu vəzifələrin uğurla həyata keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) üzərinə düşür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartları və tövsiyyə edilən təcrübəsinin milli səviyyədə adoptasiyası və implementasiyasına nəzarət funksiyaları DMAA-nın preroqatividir. Bununla əlaqədar olaraq DMAA tərəfindən milli aviasiya qanunvericiliyinə və siyasətinə dair normativ aktlar, aviasiya təhlükəsizliyi və səmərəliliyinə dair dövlət proqramları hazırlanaraq uğurla həyata keçirilir. Bütün bu məsələlələr Dövlətimiz və İCAO tərəfindən layiqincə qiymətləndirilir.

Məqsədimiz uçuşların təhlükəsizliyini təkmilləşdirmək, iqtisadiyyatımızın güncləndirilməsinə və xalqın rifahına xidmət etməkdir.

Beynəlxalq Mülki Aviasiya Gününüz Mübarək Əziz Aviatorlar!