• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

Azərbaycan Respublikasının "Aviasiya haqqında" Qanununa uyğun olaraq Dövlət Mülki Aviasiya Administrasiyasının Əmri ilə daxili hava xətlərində daşınan baqaja vurulan zərərə görə məsuliyyət hədləri təsdiq edilib.

2011-ci il ərzində Dövlət Mülki Aviasiya Administrasiyasının 28 nəfər əməkdaşı beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş, ixtisasın artırılması (və təsdiq edilməsi) kurslarında iştirak edib.

"Qatar Airveys" şirkəti tərəfindən Doha-Bakı marşrutu üzrə müntəzəm reyslərin planlaşdırılması ilə əlaqədar və Qətər tərəfinin təklifi ilə 2011-ci ilin 21 dekabr tarixində Bakıda Azərbaycan Respublikası və Qətər Dövlətinin mülki aviasiya nümayəndə heyətləri arasında görüş keçirilib.

    2011-ci ilin 14-15 dekabr tarixlərində Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru cənab Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (ЕСАС) Fransanın paytaxtı Parisdə keçirilmiş 137-ci müşavirəsində iştirak edib. Sammitdə bütün nəqliyyat növlərinin qarşılıqlı fəaliyyət göstərməsi məsələləri və yaxın gələcəklə bağlı planlar müzakirə edilib. Avropa Komissiyası 2012-ci ilin əvvəllərində ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.

28 noyabr 2011-ci il tarixdə Əl-Küveytdə "Silk Way" aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi ilə bağlı görüş keçirilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) direktorunun müavini cənab Fuad Quliyev, Küveyt nümayəndə heyətinə isə Mülki aviasiyanın Prezidenti cənab Fəvaz Əbdül-Əziz əl-Fərah başçılıq edib.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Arif Məmmədovun dəvəti ilə “Eurocontrol” təşkilatının Baş direktoru cənab Devid MakMillan və böyük məsləhətçi xanım Stefaniya Qazzinadan ibarət nümayəndə heyəti 2011-ci il fevralın 22-də Bakıda səfərdə olmuşlar.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 2011-ci ilin 21-22 noyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində mülki aviasiya dövlət orqanlarının nazirləri və baş direktorları səviyyəsində Aviasiya təhlükəsizliyi üzrə regional konfrans keçirib. Bu tədbir ICAO Assambleyasının 37-ci Sessiyasında qəbul edilmiş Aviasiya təhlükəsizliyinə dair bəyannamənin həyata keçirilməsinə həsr olunmuşdu.

2011-ci ilin 17-22 oktyabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Hindistanın Mumbay şəhərində Hava əlaqələrinə dair danışıqların aparılması üzrə dördüncü konfrans keçirilib. Əvvəlki illərdə olduğu kimi, Konfransın əsas vəzifəsi hava əlaqələri ilə bağlı məsələlərin razılaşdırılması məqsədi ilə ICAO-nun üzvü olan Razılığa Gələn Dövlətlər arasında birbaşa ikitərəfli danışıqların təşkili idi. Konfransa 65 ölkəni təmsil edən 350-dən artıq nümayəndə qatılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında" Əsasnamənin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi "Mülki aviasiya emblemi"ni qeydiyyata alınması barədə 19 oktyabr 2011-ci il tarixli 6966 nömrəli şəhadətnamə vermişdir. 

2011-ci ilin 5 oktyabr tarixində İran tərəfinin təklifi ilə Bakıda Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndə heyətləri arasında görüş keçirilib. İran nümayəndə heyətinə Mülki Aviasiya Təşkilatının aviasiya və beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsini icra edən cənab Məhəmməd Xudakərəmi başçılıq edib.

10 -dən səhifə 14

Partner Websites