• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

 Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasına təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üzrə regional tədris mərkəzi statusu verilib. 

Tədbirdə Azərbaycan Respublikasını Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev və Xarici əlaqələr şöbəsinin müdiri Eldar Bağırzadə təmsil etmişlər.

2012-ci il aprelin 25-də Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının tələblərinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı növbədənkənar kollegiya iclası keçirilib.

 

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2012-ci il tarixli 613 nömrəli Fərmanı ilə "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilib.

2012-ci il aprelin 18-də Parisdə Avropa Mülki Aviasiya Konfransı (ECAC) mülki aviasiya Baş Direktorlarının növbəti, yüz otuz səkkizinci müşavirəsi keçirilib.

Sözügedən tədbirdə Azərbaycan Respublikasını Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru cənab Arif Məmmədov və Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri cənab Fariz Əliyev təmsil edib.

Cari ilin 11-18 aprel tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında və Heydər Əliyev Beynəlxalq Aeroportunda "aviasiya təhlükəsizliyi" sahəsində audit yoxlaması keçirilib.Yoxlama ICAO ilə Azərbaycan Respublikası arasında imzalanmış Anlaşma Memorandumu əsasında Aviasiya təhlükəsizliyinin universal yoxlamaları çərçivəsində aparılıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin olunması sahəsində keçirilmiş yoxlamanın nəticələrinə dair son hesabatı Dövlət Mülki Aviasiya Administrasiyasına təqdim edib. Xəbər verildiyi kimi, audit ICAO qrupu tərəfindən 2012-ci ilin 11-18 aprel tarixlərində Bakı şəhərində keçirilib.

16 aprel 2012-ci il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının gedişində "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş" imzalanıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ birgə hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb.

Azərbaycan Respublikasının Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzvlüyünün 10 illiyi münasibəti ilə ECAC Prezidenti cənab Katalin Radu (Catalin Radu) və sözügedən təşkilatın İcraçı katibi cənab Salvatore Şikitano (Salvatore Sciacchitano) Dövlət Mülki Aviasiya Administrasiyasının dəvəti ilə 2012-ci ilin 13-16 mart tarixlərində Bakıda rəsmi səfərdə olublar.

9 -dən səhifə 14

Partner Websites