• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

2013-cü ilin 10-11 yanvar tarixlərində Azərbaycan Respublikası, Gürcüstan, Moldova, Türkiyə və Ukraynanın aviasiya hakimiyyətlərinin nümayəndələri İstanbulda bir araya gələrək ICAO Şurasına seçkilərlə əlaqədar rotasiya qrupunun yaradılması ilə bağlı müşavirə keçirmişlər.

2012-ci il ərzində Dövlət Mülki Aviasiya Administrasiyasının əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş ixtisasartırma kurslarında 30 sertifikat əldə ediblər.

2011-ci il dekabrın 24-də Azərbaycan Respublikasının mülki aviasiya işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş iməcilik keçiriblər. Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində və ətraf sahələrdə yaşıl ağaclar əkilib. Respublikamızın digər hava limanlarında da analoji tədbirlər təşkil edilib.     

2012-ci ilin 08-12 dekabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə növbəti Konfrans keçirilib.

Konfransda 62 dövləti təmsil edən təxminən 350 nümayəndə iştirak edib, 350-dən artıq danışıq aparılıb və onların gedişində 130 yeni saziş paraflanıb və imzalanıb.

2012-ci il noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikası və Qırğız Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və iki ölkə arasında hava əlaqəsinin qurulmasının perspektivləri müzakirə edilib.

  

Sentyabrın 13-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələri arasında ilk dəfə olaraq Beynəlxalq aviasiya forumu keçirilib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Asiya və Qafqaz regionunda təhlükəsiz və səmərəli aviadaşımaların təminatı məsələləri müzakirə edilib.

Sentyabrın 12-də Astanada Avropa İttifaqının ТРАСЕCА II Layihəsinin Təşkilat Komitəsinin müşavirəsi keçirilib. Tədbirdə benefisiar ölkələrin aviasiya hakimiyyətlərinin nümayəndələri (baş direktorlar və təşkilat komitəsinin üzvləri), ТРАСЕCА-nın Baş katibi və Qazaxıstan üzrə Milli katibi, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin (EASA) təmsilçiləri, Avropa Komissiyasının nümayəndə heyəti, habelə Layihənin rəhbərliyi və ekspertlər iştirak edib.

Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti 2012-ci ilin 10-11 iyul tarixlərində Avropa Mülki Aviasiya Konfransının (ECAC) Strasburqda keçirilən 33-cü Plenar Sessiyasında iştirak edib.

2012-ci ilin 3 iyul tarixində Bakıda Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) və İraq Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Azərbaycan nümayəndə heyətinə DMAA direktorunun müavini cənab Fuad Quliyev, İraq nümayəndə heyətinə isə İraq Respublikası Mülki Aviasiya Administrasiyasının baş direktoru cənab Nasir Hüseyn Bəndər başçılıq edib.

 

Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını – Mülki Aviasiya gününü qeyd etmişlər.

8 -dən səhifə 14

Partner Websites