• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

2017-ci ilin 04-08 dekabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Şri-Lankanın Kolombo şəhərində Hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə onuncu konfrans (ICAN/2017) keçirilib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 15 sentyabr 2017-ci il tarixli51 nömrəli Əmrinə uyğun olaraq, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına müntəzəm uçuşlar yerinə yetirilməsi ilə bağlı sorğu verilməsi proseduru” Dövlət Mülki Aviasiya Agentliyinin saytında “Reqlamentlər” bölməsində yerləşdirilib (ingilis və rus dillərində).Səhifəyə keç

2017-ci ilin 2-6 oktyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Regional Ekspert Qrupunun onuncu müşavirəsi (IE-REST/10), Uçuş məlumatlarının təhlili üzrə seminar və Təhlükəsizlik üzrə Avropa Regional Qrupunun (RCOG/07) yeddinci müşavirəsi keçirilib

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin    2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” və “Azərbaycan Respublikasının uçuş Qaydaları” aktlarına,

 

2017-ci ilin 25-26 iyul tarixlərində Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

 

2017-ci ilin 18 iyul tarixində Kiyev şəhərində Şərq Tərəfdaşlığı və Orta Asiya dövlətlərinin (EASA/EaP) aviasiya administrasiyalarının dəstəklənməsi üzrə işçi qrupun ikinci müşavirəsi keçirilib. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti görüşdə iştirak edib.

2017-ci ilin 4-5 iyul tarixlərində Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Avropa Komissiyası arasında “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib. 

2017-ci il mayın 31-də Bakı şəhərində Qara Dəniz-Xəzər Qrupunun (Black Sea Caspian Group) Əlaqələndirmə Komitəsinin növbəti müşavirəsi keçirilib. 

2017-ci il fevralın 24-də Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Cibuti Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 

3 -dən səhifə 14

Partner Websites