• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

2009-cu il mayın 21-də Dövlət Mülki Aviasiya Administrasiyasında Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüş keçirilib. Azərbaycan tərəfini Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, direktorun müavinləri və şöbə müdirləri təmsil ediblər. 

Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokoluna uyğun olaraq cari il may ayının 7-də Bakıda Azərbaycan Respublikası və Gürcüstanın mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb. 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2009-cu ilin 10-11 mart tarixlərində Misir Ərəb Respublikası Mülki Aviasiya Nazirliyinin dəvəti ilə həmin ölkədə işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi Bakı ilə Qahirə arasında tezliklə birbaşa hava xəttinin açılması idi.

 Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Arif Məmmədov cümə günü dekabrın 12-də jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir ki, növbəti üç ildə “Boinq” şirkətindən səkkiz təyyarənin alınması planlaşdırılır. Bununla da sovet texnikasından demək olar ki, tamamilə imtina ediləcək.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti avqustun 4-də Amerika Birləşmiş Ştatlarının “Boinq” korporasiyası ilə səkkiz təyyarənin alınması barədə müqavilə imzalayıb.

15 -dən səhifə 15

Partner Websites