• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2009-cu ilin 7-8 iyul tarixlərində Avropa Mülki Aviasiya Konfransının (ЕСАС) Strasburq şəhərində (Fransa) keçirilmiş 31-ci plenar sessiyasında iştirak edib.

2009-cu ilin 24-25 noyabr tarixlərində Moskva şəhərində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti Rusiya Federasiyasının mülki aviasiya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Görüşlər dostluq və işgüzarlıq şəraitində keçirilib.

Tərəflər bir sıra qüvvədə olan ikitərəfli sənədlərə yenidən baxaraq, hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

2009-cu ilin 12-13 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və İraq Respublikası Mülki Aviasiya Hakimiyyətinin nümayəndələri arasında görüş keçirilib.

2009-cu ilin 28 sentyabr-02 oktyabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən İstanbul şəhərində Hava əlaqələrinə dair danışıqların aparılması üzrə ikinci konfrans keçirilib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Mülki Aviasiya Baş direktoru Dr. Ali Arıdurunun dəvəti ilə 2009-cu ilin 30-31 iyul tarixlərində Ankara şəhərində mülki aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ilə bağlı danışıqlar aparıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli Sərəncamları ilə "Zaqatala" və "Lənkəran" hava limanlarına beynəlxalq status verilmişdir. "Zaqatala" hava limanı 2008-ci ilin 19 sentyabr, "Lənkəran" hava limanı isə 8 oktyabr tarixində istifadəyə verilib. 

11 İyun

İyunun 9 və 10-da Heydər Əliyev Beynəlxalq Aeroportundakı "Holidey İnn" mehmanxanasında Amerika, Avropa və Asiyanın 30-dək ölkəsinin yükdaşımalar üzrə ixtisaslaşmış aviaşirkətlərinin "Kaspian Eyr Karqo Sammit 2009" üçüncü zirvə görüşü keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir.

Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşaraq respublikada mülki aviasiyanın təşəkkülünün əsasını qoymuşdur.

2009-cu il mayın 21-də Dövlət Mülki Aviasiya Administrasiyasında Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüş keçirilib. Azərbaycan tərəfini Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, direktorun müavinləri və şöbə müdirləri təmsil ediblər. 

Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokoluna uyğun olaraq cari il may ayının 7-də Bakıda Azərbaycan Respublikası və Gürcüstanın mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb. 

14 -dən səhifə 15

Partner Websites