• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

16 aprel 2012-ci il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının gedişində "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş" imzalanıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ birgə hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb.

Azərbaycan Respublikasının Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzvlüyünün 10 illiyi münasibəti ilə ECAC Prezidenti cənab Katalin Radu (Catalin Radu) və sözügedən təşkilatın İcraçı katibi cənab Salvatore Şikitano (Salvatore Sciacchitano) Dövlət Mülki Aviasiya Administrasiyasının dəvəti ilə 2012-ci ilin 13-16 mart tarixlərində Bakıda rəsmi səfərdə olublar.

Azərbaycan Respublikasının "Aviasiya haqqında" Qanununa uyğun olaraq Dövlət Mülki Aviasiya Administrasiyasının Əmri ilə daxili hava xətlərində daşınan baqaja vurulan zərərə görə məsuliyyət hədləri təsdiq edilib.

2011-ci il ərzində Dövlət Mülki Aviasiya Administrasiyasının 28 nəfər əməkdaşı beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş, ixtisasın artırılması (və təsdiq edilməsi) kurslarında iştirak edib.

"Qatar Airveys" şirkəti tərəfindən Doha-Bakı marşrutu üzrə müntəzəm reyslərin planlaşdırılması ilə əlaqədar və Qətər tərəfinin təklifi ilə 2011-ci ilin 21 dekabr tarixində Bakıda Azərbaycan Respublikası və Qətər Dövlətinin mülki aviasiya nümayəndə heyətləri arasında görüş keçirilib.

    2011-ci ilin 14-15 dekabr tarixlərində Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru cənab Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (ЕСАС) Fransanın paytaxtı Parisdə keçirilmiş 137-ci müşavirəsində iştirak edib. Sammitdə bütün nəqliyyat növlərinin qarşılıqlı fəaliyyət göstərməsi məsələləri və yaxın gələcəklə bağlı planlar müzakirə edilib. Avropa Komissiyası 2012-ci ilin əvvəllərində ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.

28 noyabr 2011-ci il tarixdə Əl-Küveytdə "Silk Way" aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi ilə bağlı görüş keçirilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) direktorunun müavini cənab Fuad Quliyev, Küveyt nümayəndə heyətinə isə Mülki aviasiyanın Prezidenti cənab Fəvaz Əbdül-Əziz əl-Fərah başçılıq edib.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Arif Məmmədovun dəvəti ilə “Eurocontrol” təşkilatının Baş direktoru cənab Devid MakMillan və böyük məsləhətçi xanım Stefaniya Qazzinadan ibarət nümayəndə heyəti 2011-ci il fevralın 22-də Bakıda səfərdə olmuşlar.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 2011-ci ilin 21-22 noyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində mülki aviasiya dövlət orqanlarının nazirləri və baş direktorları səviyyəsində Aviasiya təhlükəsizliyi üzrə regional konfrans keçirib. Bu tədbir ICAO Assambleyasının 37-ci Sessiyasında qəbul edilmiş Aviasiya təhlükəsizliyinə dair bəyannamənin həyata keçirilməsinə həsr olunmuşdu.

11 -dən səhifə 15

Partner Websites