• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci ilin 4-6 dekabr tarixlərində Avropa Mülki Aviasiya Konfransının (ECAC) Forumunda və mülki aviasiya Baş direktorlarının 151-ci iclasında iştirak edib.

 
ECAC-ın Paris mənzil-qərargahında təşkilata üzv dövlətlərin 11-ci Forumu zamanı beynəlxalq mülki aviasiyanın inkişaf tendensiyaları, daşımaların artmasının təmin edilməsi prosesində yaranan problemlər müzakirə edilib, onların həllinin potensial üsulları təklif olunub. Dünya üzrə hava daşımalarının sayının çoxalması ilə əlaqədar kifayət qədər ixtisaslı kadrın hazırlanması məsələsi əhəmiyyətli problem kimi qeyd olunub.

Cari ilin 4-5 dekabr tarixlərində Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilmişdir.

Sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Aviasiya Təhlükəsizliyi üzrə Regional Koordinasiya Qrupunun (RCOG) ICAO-nun Paris Bürosunda 2018-ci ilin 16-18 may tarixlərində keçirilmiş müştərək müşavirəsində təsis edilmişdir.

2018-ci ilin 19 – 20 iyul tarixlərində Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar tərəflərin təşəbbüsü ilə baş tutub. Nümayəndə heyətlərinin müzakirə etdikləri əsas məsələ iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 204 nömrəli Sərəncamı ilə Arif Məmmədov Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 may 2018-ci il Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamə təsdiq edilib.

2018-ci il mayın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş”imzalanıb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan Respublikası üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib. 2014-cü ildə Respublikada uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.  

FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

     Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər. 24 aprel 2018-ci il tarixində Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir.

       Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

2 -dən səhifə 14

Partner Websites