• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Məmmədov Arif Əhməd oğluAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Yubiley medalı Arif Məmmədova Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov tərəfindən təqdim olunub.

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdar olduğunu bildirib.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 14 fevral 2019-cu il tarixində Milli Aviasiya Akademiyasına “Texniki xidmət üzrə təlim və imtahan təşkilatının təsdiq sertifikatı”nı təqdim etmişdir.

-     Dövlət Mülki Aviasiya Agentliyi, Beynəlxalq əlaqələr şöbəsi, Hava daşımalarına nəzarət sektoru, baş məsləhətçi

 

Müsahibədə inzibati vəzifədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

-  əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

-   kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);

-  bir ədəd ağ rəngli fotoşəkil (4x6);

-  son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

  

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 22 yanvar 2019-cu il tarixdən 5 fevral 2019-cu il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün namizədlər Nazirliyin İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə müraciət edə bilər.

Telefon: 497 26 00 (daxili: 52-39)

 

 

Həmçinin “Mülki pilotsuz uçan aparatların (PUA) dövriyyəsinə xüsusi icazənin alınmasına dair təqdim olunmalı sənəd və məlumatların siyahısı” həmin xanada əks etdirilib.

 

 

“Qanunvericilik və Qaydalar” bölməsinin “Qaydalar” xanasına   keç

2018-ci il ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları və iqtisadi yönümlü idarəetmə institutları tərəfindən təşkil edilmiş seminarlarda və ixtisasartırma kurslarında 32 sertifikat, “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əməkdaşları isə 66 sertifikat  əldə ediblər.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika regional Bürosunun bülletenində Azərbaycan Respublikası mülki aviasiyasının inkişafına, həmçinin ICAO-nun regional ofisinin Dövlət Mülki Aviasiya Agentliyi ilə birlikdə son illərdə həyata keçirdiyi sahəvi layihələrə xüsusi diqqət yetirilib. Texniki yardım layihəsi ICAO-nun “Heç bir dövlət diqqətdən kənarda qalmayacaq” proqramı çərçivəsində icra olunub.

Bülletenin tam mətnini aşağıdakı link üzrə yükləmək mümkündür.

EURNAT NEWS Vol4 Nov 2018 (pdf)

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 39-cu Sessiyasında (2016-cı ilin oktyabr ayı) Şuranın tərkibinin otuz altı üzvdən qırxadək, həmçinin Aeronaviqasiya komissiyasının tərkibinin on doqquz üzvdən iyirmi birədək artırılması barədə qərar qəbul edilib. Вununla əlaqədar Azərbaycan Respublikasında Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı (Maddə “50(a) və “56”) dəyişdirən iki Protokol təsdiq edilib.

2016-cı ilin 6 oktybar tarixində Monrealda imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 50 a) maddəsində dəyişikliyə dair Protokol” və “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 56-cı maddəsində dəyişikliyə dair Protokol” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1279-VQ nömrəli Qanunu ilə təsdiq olunub.

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan ICAO beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafının təmin olunması, həmçinin ətraf mühitin qorunması üçün zəruri olan standart və qaydalarınmüəyyən olunması məqsədi itəsis edilib. ICAO-nun ali orqanları Assambleya (üç ildə ən azı bir dəfə toplanır) və Assambleyanın Sessiyasında seçilən 36 dövlətlə təmsil olunan Şuradır.

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci ilin 4-6 dekabr tarixlərində Avropa Mülki Aviasiya Konfransının (ECAC) Forumunda və mülki aviasiya Baş direktorlarının 151-ci iclasında iştirak edib.

 
ECAC-ın Paris mənzil-qərargahında təşkilata üzv dövlətlərin 11-ci Forumu zamanı beynəlxalq mülki aviasiyanın inkişaf tendensiyaları, daşımaların artmasının təmin edilməsi prosesində yaranan problemlər müzakirə edilib, onların həllinin potensial üsulları təklif olunub. Dünya üzrə hava daşımalarının sayının çoxalması ilə əlaqədar kifayət qədər ixtisaslı kadrın hazırlanması məsələsi əhəmiyyətli problem kimi qeyd olunub.

Cari ilin 4-5 dekabr tarixlərində Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilmişdir.

Sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Aviasiya Təhlükəsizliyi üzrə Regional Koordinasiya Qrupunun (RCOG) ICAO-nun Paris Bürosunda 2018-ci ilin 16-18 may tarixlərində keçirilmiş müştərək müşavirəsində təsis edilmişdir.

2018-ci ilin 19 – 20 iyul tarixlərində Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar tərəflərin təşəbbüsü ilə baş tutub. Nümayəndə heyətlərinin müzakirə etdikləri əsas məsələ iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması olmuşdur.

1 -dən səhifə 13

Partner Websites