• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

18 Noyabr

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Çili Respublikasının müvəqqəti işlər vəkili ilə görüşüb

2019-cu il oktyabrın 29-da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və Çili Respublikasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili GabrielJaraarasında görüş keçirilib. Görüş Çili tərəfinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə göndərilmiş təklifi ilə keçirilib.

Danışıqların gedişində iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hava nəqliyyatının fəaliyyət və inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Arif Məmmədov ölkəmizdə mülki aviasiya sahəsində əldə olunmuş son nailiyyətlər və onun modernləşdirilməsi ilə bağlı planlar barədə məlumat verib.

 

 

Öz növbəsində, cənab Gabriel Jara Agentlikdə görüşün təşkilinə görə öz minnətdarlığını bildirərək, Çilinin iqtisadi inkişafının prioritetləri və ölkələrimiz arasında ticarət sahəsində əməkdaşlığın perspektivləri barədə məlumat verib. Müvəqqəti işlər vəkili əməkdaşlığın ilkin mərhələsində ölkələrimizin aviaşirkətləri arasında kod-şerinq müqavilələrinin bağlanması təklifini irəli sürüb.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın təşkili üçün Azərbaycan Respublikası ilə Çili Respublikasının milli aviadaşıyıcıları arasında birbaşa əlaqələrin qurulması fikrini dəstəkləyiblər. Eyni zamanda Arif Məmmədov Azərbaycan aviaşirkətlərinin hava daşımalarına olan tələbatın ödənilməsinə yönəlmiş beynəlxalq kommersiya əməkdaşlığının Agentlik tərəfindən təqdir edildiyini vurğulayıb.

Görüş dostluq şəraitində keçib.

Partner Websites