• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

27 Sentyabr

Uçuş-enmə zolağı üzrə təhlükəsizlik qrupunun iclası keçirilib

2019-cu ilin11-13 sentyabr tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), EurocontrolBeynəlxalq Hava Limanları Şurasının (ACI - Airport Council İnternational) ekspertlərindən ibarət “ICAO RS GO-Team” uçuş-enmə zolağı üzrə təhlükəsizlik qrupunun iclası keçirilib.

Görüşdə Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) direktorunun müvafiq əmrinə əsasən təşkil edilmiş uçuş-enmə zolağında təhlükəsizlik qrupunun fəaliyyəti müzakirə olunmuşdur. Tədbirin başlanğıc seminar hissəsində DMAA və “Azərbaycan Hava Yolları” QSC-nin aeronaviqasiya təminatı, aerodromlarınhava gəmilərinin istismarı sahələrini və digər yerüstü xidmətləri təmsil edən 25 nümayəndə iştirak edib.

İclasın ilk günündə gündəliyə müvafiq olaraq, təlimat materialları, uçuşların təhlükəsizliyi ilə əlaqədar yeni məlumatlar və beynəlxalq tələblər, o cümlədən tətbiq olunan müasir metodologiya və aparıcı təcrübə barədə təqdimatlar nümayiş olunaraq müzakirə edilmişdir. Aerodromun istismarı, yerüstü xidmət qurğuları, həmçinin dizaynı ilə tanışlıq məqsədilə görüş iştirakçılarının aerodroma səfəri təşkil edilib.

Seminarın nəticələrinə əsasən, uçuş-enmə zolağında təhlükəsizlik qrupunun birgə faəliyyəti üzrə Əsasnamənin hazırlanmasınınzəruriliyi qeyd edilib. Bundan əlavə, iştirakçılar uçuş-enmə zolağında təhlükəsizliklə əlaqədar anlayışlar, təsnifatlar və uçuş-enmə zolaqlarının vəziyyəti barədə hesabat formalarının uyğunlaşdırılmasının zəruriliyini vurğulamışlar. Uçuş-enmə zolağında insidentə səbəb ola biləcək hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi üzrə bir sıra tövsiyələr nəzərə alınmaqla tədbirlər planı hazırlanmışdır.

 

news-27 09 2019 1

 

 

news-27 09 2019 2

Partner Websites