• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

22 Noyabr

Bakıda Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında hava əlaqəsi haqqında saziş imzalanıb

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov və Küveyt Dövləti mülki aviasiya idarəsinin baş direktoru Yusif Əl-Fuzan 16 noyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasının Hökuməti ilə Küveyt Dövlətinin Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi imzalayıblar. 

Sözügedən sazişin imzalanması tərəflərin təyin olunmuş aviasiya şirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmağa imkan verməklə yanaşı, Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.

Foto: “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


Partner Websites