• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

20 Oktyabr

İraqın Mülki Aviasiya Administrasiyası ilə

2016-cı il oktyabrın 12-də Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının və İraq Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

 

Görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan Respublikası ilə İraq arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

İraq Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti ilə tanış olub.

Partner Websites