• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

18 Oktyabr

Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının 39-cu sessiyası öz işini başa vurub

Məlumat verildiyi kimi, 2016-cı ilin 27 sentyabr - 07 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 39-cu sessiyası keçirilib. Üç ildə bir dəfə keçirilən sessiyada beynəlxalq mülki aviasiyanın fəaliyyəti ilə bağlı cari məsələlər və onun yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə olunub.

 

 

 

Sessiayda müzakirə olunan başlıca məsələlər arasında mülki aviasiyanın beynəlxalq fəaliyyəti nəticəsində yaranan СО2 emissiyasını əhatə edən qlobal bazar tədbirləri sisteminin hava nəqliyyatının tarixində ilk dəfə qəbul edilməsi oldu.

Assambleyanın 39-cu sessiyasının plenar iclasında aparılan müzakirənin gedişində hökumətlərin və mülki aviasiya sahəsinin nümayəndələri beynəlxalq aviasiyada СО2 emissiyasına nəzarət məqsədi ilə bazar tədbirlərinin yeni qlobal sistemi barədə razılıq əldə ediblər. Hazırda hava nəqliyyatı tərəfindən gündəlik 100 min reys yerinə yetirilir və il ərzində insan fəaliyyəti nəticəsində yaranan СО2 emissiyasının ümumi həcminin 1,3 faizi beynəlxalq mülki aviasiyanın payına düşür. Beynəlxalq mülki aviasiyada karbon qazı tullantılarının kompensasiya edilməsi və azaldılması ilə bağlı ICAO sistemi (CORSIA) hava nəqliyyatında artıq tətbiq edilən emissiyanın azaldılmasına yönəlmiş tədbirləri tamamlayır. Вu sistem aviasiya yanacağının sabit alternativ növlərinin istehsalı və istifadəsi sahəsində texniki və istismar nailiyyətləri ehtiva edir.

Həmçinin Assambleyanın sessiyasında ICAO Şurasının yeni tərkibi seçilib və Qara Dəniz-Xəzər Rotasiya Qrupunu (BSCG) təmsil edən Türkiyə Respublikası quruma üzv olub.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Assambleyanın işində iştirak edib. Nümayəndə heyətinin üzvləri ICAO Şurasının Prezidenti və departamentlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər.

Partner Websites