• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

29 İyun

Belarus Respublikasının mülki aviasiya nümayəndə heyəti ilə danışıqlar keçirilib

2016-cı ilin 09-10 iyun tarixlərində Bakıda Azərbaycan Respublikası və Belarus Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 

Danışıqların gedişində tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər təyin olunmuş aviaşirkətlərə kodlardan birgə istifadə haqqında müqavilələri imzalamaq hüququnun, həmçinin ölkələr arasında yük reyslərinin yerinə yetirilməsi üçün əlavə imkanların verilməsi barədə razılığa gəliblər.

Görüş iki ölkə aviaşirkətlərinin təmsilçilərinin iştirakı ilə ənənəvi dostluq şəraitində baş tutub. Danışıqlardan öncə «Azərbaycan Hava Yolları» QSC və «Belavia» aviaşirkətinin nümayəndələri arasında Protokol imzalanıb.

Belarus Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının bir sıra mülki aviasiya subyektlərinin fəaliyyəti ilə tanış olub.

Partner Websites