• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

07 Aprel

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında Saziş imzalanıb

6 aprel 2016-cı il tarixdə Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov, Amerika Birləşmiş Ştatları tərəfindən isə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Robert F. Sekuta imzalayıblar. 

Sözügedən Saziş ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək. Bu Saziş Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcək və iki ölkənin aviasiya orqanlarının daha sıx əməkdaşlığını təmin edəcək.

 7042014 1

7042014 2

Foto AzərTacındır

Partner Websites