• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

02 Noyabr

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakıda 35-ci iclası

2015-ci il oktyabrın 23-də Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icraçı orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunmuş 35-ci iclası keçirilib. 

İclasda ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliu, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina və ICAO-nun Avropa və Şimali Atlantika üzrə Regional Bürosunun direktoru Luis Fonseka de Almeyda, həmçinin Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın üzv-dövlətlərinin nümayəndələri iştirak ediblər.

ICAO-nu təmsil edən yüksək rütbəli qonaq Azərbaycan Respublikasının bir sıra mülki aviasiya müəssisələrinin fəaliyyəti ilə tanış olub.

   
   

 

Foto AzərTacındır

 

 

 

Partner Websites