• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

02 Noyabr

Türkiyədə ICAO Konfransı – ICAN 2015

2015-ci ilin 19 - 23 oktyabr tarixlərində Antaliya şəhərində (Türkiyə) Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu tərəfindən təşkil olunmuş Hava əlaqələri ilə bağlı çoxtərəfli danışıqların aparılması üzrə 8-ci Konfrans (ICAN/2015) keçirilib

Konfransa 95 dövləti və 7 beynəlxalq təşkilatı təmsil edən 800 nümayəndə iştirak edirdi. Aparılmış təqribən 588 danışıq zamanı 450 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti 11 dövlətin mülki aviasiya nümayəndə heyətləri ilə və bir beynəlxlaq təşkilatla (Avropa Komissiyası) danışıqlar keçirib.

Partner Websites