• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

02 Noyabr

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının Prezidenti Olumuiva Benard Aliunun Azərbaycan Respublikasına səfəri

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidenti Olumuiva Benard Aliu 2015-ci ilin 22-23 oktyabr tarixlərində Bakıda səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanı qəbul edilib.

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyinin regional nəqliyyat infrastrukturunun və logistika mərkəzinin yaradılması nöqteyi-nəzərindən yaxşı imkanlar vəd etdiyini diqqətə çatdırdı. «Azərbaycan Hava Yolları»nın dünyada uğurlu fəaliyyət göstərən şirkətlərdən biri olduğunu qeyd edən ölkə başçısı Azərbaycan Respublikası mülki aviasiyasının nailiyyətlərindən məmnun olduğunu bildirib.

ICAO-nun həyata keçirdiyi proqramlar barədə dövlət başçısına məlumat verən ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliu Azərbaycan Respublikasının bu təşkilata verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüş zamanı Azərbaycan Respublikası ilə ICAO arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliu həmçinin Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasında iştirak edib.

Səfər zamanı ICAO Şurasının Prezidentini Avropa və Şimali Atlantika üzrə Regional Büronun direktoru Luis Fonseka de Almeyda müşayiət edib(AzərTacın materialları üzrə)

004

 

 

Foto AzərTacındır

Partner Websites