• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

31 İyul

Çin Xalq Respublikasının mülki aviasiya nümayəndə heyəti ilə danışıqlar

2015-ci ilin 13-14 iyul tarixlərində Bakıda Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının Aviasiya Administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Danışıqların gedişində tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Tərəflər təyin olunmuş aviaşirkətlərə Azərbaycanla Çin arasında sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əlavə imkanlar vermək barədə razılığa gəlmişlər. Hər iki nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hava əlaqəsi haqqında Hökumətlərarası Sazişin ən qısa zamanda imzalanmasının zəruriliyini vurğulamışlar.

Dostluq şəraitində keçən görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak etmişlər.

Çin Xalq Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının bir sıra mülki aviasiya müəssisələrinin fəaliyyəti ilə tanış olmuşdur.

Partner Websites