• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

20 May

Küveyt Dövlətinin mülki aviasiya nümayəndə heyəti ilə danışıqlar keçirilib

2015-ci il mayın 20-də Bakıda Azərbaycan Respublikasının və Küveyt Dövlətinin aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib.  

Dostluq şəraitində keçən danışıqlar zamanı tərəflər Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in layihəsini razılaşdırıblar.

Həmçinin tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və iki ölkə arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Partner Websites