• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

28 Aprel

Rusiya Federasiyasının mülki aviasiya nümayəndə heyəti ilə danışıqlar keçirilib

2015-ci ilin 28 aprel tarixində Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.  

Görüş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 15 sentyabr 2014-cü il tarixli 14-cü iclas Protokoluna uyğun olaraq təşkil edilib. Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və onun genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Hər iki tərəf Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının aviasiya hakimiyyətləri arasında hava xətlərinin istismarı ilə bağlı əvvəllər əldə olunmuş razılaşmaların qüvvəsini təsdiq etmişlər.

Dostluq şəraitində keçən danışıqlarda Azərbaycan Respublikası və Rusiya Federasiyasının təyin olunmuş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər. 

Partner Websites