• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

22 Aprel

Qazaxıstanın mülki aviasiya nümayəndə heyəti ilə danışıqlar keçirilib

2015-ci ilin 21-22 aprel tarixlərində Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.  

Görüş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 25 noyabr 2014-cü il tarixli 11-ci iclas Protokoluna uyğun olaraq təşkil edilib. Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və onun genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin “Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında Protokol”un layihəsinə baxılıb.

Dostluq şəraitində keçən danışıqlarda Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının təyin olunmuş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər. 

Partner Websites