• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

05 Dekabr

İstanbulda Türkiyənin aviasiya hakimiyyəti ilə danışıqlar keçirilib

2014-cü ilin 28 noyabr tarixində İstanbul şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Danışıqlar Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu arasında bir qədər əvvəl əldə olunmuş razılığa uyğun olaraq təşkil edilib.

Görüş dostluq şəraitində keçib. Danışıqların gedişində Tərəflər hava nəqliyyatının fəaliyyəti ilə bağlı məsələləri və onun inkişaf perspektivlərini müzakirə ediblər.

Aparılan danışıqların nəticələri üzrə nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hava əlaqəsi ilə bağlı məsələləri tənzimləyən və hər iki ölkənin təyin olunmuş aviasiya şirkətlərinin əməkdaşlığı üçün əlavə imkanlar açan Protokol imzalayıblar.

 

Partner Websites