• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

02 Oktyabr

Budapeşt şəhərində Macarıstanın aviasiya administrasiyası ilə danışıqlar

2014-cü ilin 24-25 sentyabr tarixlərində Budapeşt şəhərində Azərbaycan Respublikası və Macarıstanın nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 

Danışıqlar iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclas Protokoluna uyğun olaraq Macarıstan tərəfinin təşəbbüsü ilə təşkil edilib.

Görüş dostluq şəraitində keçib. Danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Macarıstan arasında hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsini razılaşdırmışlar. Həmçinin iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Azərbaycan Respublikasının mülki aviasiya nümayəndə heyəti Budapeşt beynəlxalq hava limanının fəaliyyəti ilə də tanış olmuşdur.

            Danışıqlarda “Azərbaycan Hava Yolları” QSC-nin, “Wizz Air” aviaşirkətinin, Azərbaycan Respublikasının Budapeştdəki Səfirliyinin, eləcə də Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin təmsilçiləri iştirak etmişlər.

   

Partner Websites