• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

01 Sentyabr

Kişinyov şəhərində ECAC üzv olan dövlətlərin Mülki Aviasiya Baş Direktorlarının 62-ci xüsusi müşavirəsi keçirilib

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev 29 avqust-01 sentyabr 2013-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində keçirilmiş Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzv olan dövlətlərin Mülki Aviasiya Baş Direktorlarının 62-ci xüsusi müşavirəsində (SP/62) iştirak edib.

 

Müşavirədə ECAC Prezidenti Katalin Radu və icraçı katibi Salvatore Şikitano əvvəlki, 140-cı müşavirədən sonra keçən dövr ərzində ECAC Prezidenti və Katibliyinin fəaliyyəti barədə baş direktorlara məlumat vermiş, həmçinin uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi sahəsində ECAC-a üzv olan dövlətlər qarşısında duran vəzifələri müəyyən etmişlər.

 

Tədbirdə cari ilin 24 sentyabr – 04 oktyabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının Monrealda keçiriləcək 38-ci sessiyasında ECAC-a üzv olan dövlətlərin vahid mövqeyinin formalaşdırılmasına xüsusi diqqət yetirilib. Bununla əlaqədar yuxarıda göstərilən sessiyada müzakirəyə çıxarılacaq işçi sənədlərin layihələri razılaşdırılıb, ICAO tərəfindən qəbul edilən qərarlara ECAC-ın təsirinin artırılması imkanları müzakirə edilib.

 

Bundan əlavə, xüsusi müşavirə ilə yanaşı, Türkiyə Respublikasının mülki aviasiya baş direktoru, Avropa Komissiyasının nəqliyyat üzrə vitse-prezidentinin kabinet rəhbəri, Avropanın Birləşmiş Aviasiya Administrasiyaları Qurumu (JAA) Tədris Mərkəzinin rəhbəri, Gürcüstan Mülki Aviasiya Agentliyinin direktoru ilə mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı ilə bağlı ikitərəfli görüşlər keçirilib.

Partner Websites