• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

16 Aprel

Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında hava əlaqəsi haqqında saziş imzalanıb

16 aprel 2012-ci il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının gedişində "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş" imzalanıb.

Hər iki ölkənin dövlət və işgüzar dairələrinin marağına səbəb olan bu hadisə Azərbaycan və Hindistan aviaşirkətləri tərəfindən xalqlarımızın mənafelərinə uyğun olaraq müntəzəm uçuşların yerinə yetirilməsi üçün geniş imkanlar açır.

Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 2087 nömrəli Sərəncamına əsasən, sözügedən Sazişi Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Arif Məmmədov imzalayıb. Qarşı tərəfdən həmin Sazişi Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Debnat Şou imzalayıb.  

Partner Websites