• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

19 Aprel

ЕСАС mülki aviasiya Baş Direktorlarının 138-ci müşavirəsi

2012-ci il aprelin 18-də Parisdə Avropa Mülki Aviasiya Konfransı (ECAC) mülki aviasiya Baş Direktorlarının növbəti, yüz otuz səkkizinci müşavirəsi keçirilib.

Sözügedən tədbirdə Azərbaycan Respublikasını Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru cənab Arif Məmmədov və Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri cənab Fariz Əliyev təmsil edib.

Müşavirənin gedişində ECAC-ın üzvü olan dövlətlər qarşısında duran uçuşların təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi, aviasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib. ECAC Prezidenti cənab Katalin Radu və təşkilatın icraçı katibi cənab Salvatore Şikitano hesabatla çıxış etdilər. Onlar cari ilin 13-16 mart tarixlərində Bakıya həyata keçirdikləri səfər barədə direktorlara məlumat verərək, Azərbaycan mülki aviasiyasının uğurları, Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən yeni trenajor kompleksi, həmçinin Bakı şəhərində keçiriləcək möhtəşəm "Eurovision" şousuna hazırlıq barədə danışdılar.  

Partner Websites