• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

18 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportunda audit yoxlaması keçirilib

Cari ilin 11-18 aprel tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında və Heydər Əliyev Beynəlxalq Aeroportunda "aviasiya təhlükəsizliyi" sahəsində audit yoxlaması keçirilib.Yoxlama ICAO ilə Azərbaycan Respublikası arasında imzalanmış Anlaşma Memorandumu əsasında Aviasiya təhlükəsizliyinin universal yoxlamaları çərçivəsində aparılıb.

Yoxlama zamanı Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyi və rəsmiyyətin sadələşdirilməsi sahəsində müxtəlif dövlət orqanları tərəfindən görülmüş işlər ICAO audit qrupunun diqqətinə çatdırılmışdır. Təqdim olunan sənədlər və əldə olunan nailiyyətlər qrup üzvləri tərəfindən yüksək qiymətləndirilib. Dövlət Mülki Aviasiya Administrasiyası Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Ramil Məmmədov Milli Koordinator qismində ICAO nümayəndələrini maraqlandıran müxtəlif sualları cavablandıraraq, respublikamızda, eləcə də ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan mülki aviasiya sektorunda gedən yenidənqurma və inkişaf prosesləri barədə ətraflı məlumat verib. 

Partner Websites