• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

30 May

Milli Aviasiya Akademiyasına IATA-nın regional tədris mərkəzi statusu verilib

 Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasına təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üzrə regional tədris mərkəzi statusu verilib. 

 2012-ci il mayın 30-da Bakıda keçirilmiş IATA-nın müvafiq sertifikatının rəsmi təqdimetmə mərasimində çıxış edən Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev rəhbərlik etdiyi tədris müəssisəsinin qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirməyə və ona göstərilən etimadı yüksək səviyyədə doğrultmağa hazır olduğunu qeyd etmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Arif Məmmədov bildirdi ki, Milli Aviasiya Akademiyasına IATA tərəfindən regional tədris mərkəzi statusunun verilməsi uzunmüddətli işin nəticəsidir. Onun sözlərinə görə Milli Aviasiya Akademiyasının IATA sertifikatına layiq görülməsi və cari ilin yanvar ayında Avropa Mülki Aviasiya Konfransı (ЕСАС) tərəfindən Avropanın mülki aviasiya tədris mərkəzləri siyahısına daxil edilməsi böyük nailiyyətdir.

Milli Aviasiya Akademiyasına IATA-nın beynəlxalq tədris mərkəzi statusunun verilməsi yerli mütəxəssisləri qəbul edilmiş beynəlxalq standartlar səviyyəsində hazırlamağa imkan verəcək. Əvvəllər eyni sertifikatın alınması üçün Azərbaycan Respublikasının mülki aviasiya mütəxəssisləri təlim keçmək üçün xarici ölkələrə göndərilirdi. 

Partner Websites