İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 07 oktyabr 2010-cu il tarixli səkkizinci iclas Protokolunun 6-cı bəndinin icrası məqsədi ilə cari ilin 23-24 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Ukrayna Dövlət Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

2010-cu il noyabrın 8-də Azərbaycan mülki aviasiyasının tarixində əlamətdar hadisə baş verdi – "Silk Way Airlines" şirkəti tərəfindən alınmış "Boeing 747-400 F" tipli yük təyyarəsi Bakıya gətirildi. Bu, sözügedən şirkətin əldə etdiyi ilk bu tipli hava gəmisidir. Azərbaycan daşıyıcısı tərəfindən belə bir təyyarənin alınması beynəlxalq maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatımızın dinamik inkişafının bariz nümunəsidir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti 2010-cu ilin 28 sentyabr – 08 oktyabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 37-ci sessiyasının işində iştirak edib.

Yeni aviasiya texnikasının öyrənilməsi, uçuş kadrlarının hazırlanması və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan mülki aviasiya uçuş heyətinin əməyinin qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar pilot" fəxri adı təsis edilib. 

Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Fuad Quliyev və Xarici əlaqələr şöbəsi müdirinin müavini Samir Bağırovdan ibarət nümayəndə heyəti 2010-cu ilin 24 aprel-01 may tarixlərində Çin Xalq Respublikasında (ÇXR) xidməti ezamiyyətdə olaraq Pekin və Honkonqun aviasiya hakimiyyətləri ilə danışıqlar aparmışlar. “Silk Way” yük aviaşirkəti direktorunun müavini Tokay Qasımzadə və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ÇXR-dəki təmsilçisi İsmayıl Səfərov Azərbaycan nümayəndə heyətinin tərkibində danışıqlarda iştirak ediblər.

2010 ilin 9-11 fevral tarixlərində Bakıda Dövlət Mülki Aviasiya Administrasiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunun birgə təşkilatçılığı ilə ICAO-nun Uçuşların təhlükəsizliyi üzrə regional müşavirəsi keçirilib. Müşavirədə Avropa və Asiyanın 20 ölkəsini, həmçinin 6 beynəlxalq mülki aviasiya təşkilatını təmsil edən 70-dən çox nümayəndə iştirak edib. Xarici nümayəndə heyətlərinə mülki aviasiya administrasiyalarının direktorları və ya uçuşların təhlükəsizliyinə nəzarət edən şəxslər rəhbərlik edirdilər.

Bu yaxınlarda TRACECA proqramının mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə layihəsinin birinci mərhələsi uğurla başa çatıb. 2010-cu ilin 01 fevral-31 iyul tarixlərində altı ay ərzində Kiyev (Ukrayna) və Tbilisi (Gürcüstan) şəhərlərində uçuşların təhlükəsizliyi, personalın sertifikatlaşdırılması, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə texniki kurslar keçirilib.

Böyük Britaniya tərəfinin təklifi ilə 2011-ci ilin 25 yanvar tarixində Bakıda Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının mülki aviasiya nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu baş tutub.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2009-cu ilin 7-8 iyul tarixlərində Avropa Mülki Aviasiya Konfransının (ЕСАС) Strasburq şəhərində (Fransa) keçirilmiş 31-ci plenar sessiyasında iştirak edib.

2009-cu ilin 24-25 noyabr tarixlərində Moskva şəhərində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti Rusiya Federasiyasının mülki aviasiya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Görüşlər dostluq və işgüzarlıq şəraitində keçirilib.

Tərəflər bir sıra qüvvədə olan ikitərəfli sənədlərə yenidən baxaraq, hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

10 -dən səhifə 12

Partner Websites