2012-ci il dekabrın 3-də Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında kollegiya iclası keçirilib. İclasda Administrasiyanın 2012-ci il ərzində fəaliyyətinin yekunları ətraflı təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycanın mülki aviasiyasının 75 illiyi ili bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aşağıdakı şəxslərə respublikanın fəxri adlar verilib:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və Azərbaycan Respublikası mülki aviasiyasının 75 illiyi ərəfəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Toni Tayler Bakıda rəsmi səfərdə olmuşdur.

Cari ilin 18-22 mart tarixlərində Monreal şəhərində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mənzil-qərargahında Altıncı Ümumdünya Avianəqliyyat Konfransı keçirilib.

«Hava nəqliyyatının davamlı inkişafı» şüarı altında keçirilən tədbirdə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Fuad Quliyev və Xarici əlaqələr şöbəsinin müdiri cənab Eldar Bağırzadə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2013-cü il tarixli Sərəncamı ilə Fuad Hidayət oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin olunub.

2013-cü ilin 26-28 fevral tarixlərində Şri-Lankanın paytaxtı Kolombo şəhərində Azərbaycan Respublikası ilə Şri-Lanka Demokratik Sosialist Respublikasının aviasiya hakimiyyətləri arasında danışıqlar keçirilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru cənab Fuad Quliyev, Şri-Lanka nümayəndə heyətinə isə mülki aviasiya baş direktoru, Mülki Aviasiya İdarəsinin baş icraçı direktoru cənab H. Nimalsiri rəhbərlik edib.

2013-cü ilin 16-17 yanvar tarixlərində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının mülki aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib.

Əldə edilmiş razılığa əsasən, Amerika Birləşmiş Ştatları Federal Aviasiya Administrasiyasının (FAA) Rusiya və MDB ölkələri üzrə Böyük Təmsilçisi cənab İ.T. Nasr 2013-cü ilin 29-30 yanvar tarixlərində Bakıda səfərdə olmuşdur.

2013-cü ilin 24-25 yanvar tarixlərində Bakıda Dövlət Mülki Aviasiya Administrasiyası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında Birgə Aviasiya Məkanı haqqında Sazişlə bağlı danışıqların birinci raundu keçirilib.

2013-cü ilin 10-11 yanvar tarixlərində Azərbaycan Respublikası, Gürcüstan, Moldova, Türkiyə və Ukraynanın aviasiya hakimiyyətlərinin nümayəndələri İstanbulda bir araya gələrək ICAO Şurasına seçkilərlə əlaqədar rotasiya qrupunun yaradılması ilə bağlı müşavirə keçirmişlər.

5 -dən səhifə 12

Partner Websites