2013-cü il ərzində Dövlət Mülki Aviasiya Administrasiyasının əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş seminarlarda və ixtisasartırma kurslarında 26 sertifikat əldə ediblər.

2013-cü ilin 09-13 dekabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində Hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə növbəti konfrans (ICAN/2013) keçirilib.

Cari ilin 16-17 oktyabr tarixlərində Bişkek şəhərində Avropa İttifaqının TRACECA/EASA II Layihəsi təşkilat komitəsinin növbəti müşavirəsi keçirilib.

Müşavirədə benefisiar ölkələrin aviasiya hakimiyyətlərinin nümayəndələri, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin (EASA) təmsilçiləri, Avropa Komissiyasının nümayəndə heyəti, həmçinin Layihənin rəhbərliyi və ekspertlər iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”ni və “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”ni təsdiq edib.

“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə hava nəqliyyatının səmərəli və təhlükəsiz fəaliyyətində, həmçinin ölkə mülki aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

2013-cü ilin 24 sentyabr-04 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 38-ci sessiyası keçirilib.

12 sentyabr 2013-cü il tarixdə Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) kollektivinin geniş iclası keçirilib. İclası giriş sözü ilə açan DMAA direktoru Fuad Quliyev son 10 il ərzində Azərbaycan Respublikasında bütün sahələrdə, o cümlədən mülki aviasiyada müşahidə edilən sürətli inkişaf barədə danışıb. Məruzəçi ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev 29 avqust-01 sentyabr 2013-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində keçirilmiş Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzv olan dövlətlərin Mülki Aviasiya Baş Direktorlarının 62-ci xüsusi müşavirəsində (SP/62) iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 iyul tarixli 3013 nömrəli Sərəncamı ilə Hacıağa Habil oğlu Hacıyev Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini vəzifəsinə təyin edilib.

2013-cü ilin 17-23 iyun tarixlərində Fransanın La Burje hava limanında 50-ci yubiley aerokosmik sərgi keçirilib. Bu tədbir ümumdünya aviasiya və kosmik sənaye sahəsində ən əlamətdar hadisələrdən biri hesab olunur. Parisdə ilk belə sərgi 1908-ci ildə avtosalon çərçivəsində keçirilib, 2013-cü ilin yubiley sərgisi isə yəqin ki, ən məhsuldar tədbir kimi tarixə düşəcək. Sərgi çərçivəsində imzalanmış müqavilələrin ümumi məbləği 180 milyard dollar təşkil edir.

Bakıda Azərbaycan mülki aviasiyasının 75 illik yubileyi ilə bağlı tədbirlər keçirilib. 2013-cü il mayın 31-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin akt zalında Azərbaycan mülki aviasiyasının 75 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilib. 

4 -dən səhifə 12

Partner Websites